Türkiyədə əməliyyat: Terrorçu qadınlar öldürüldü

Türkiyənin şərqində, Bingöl vilayətində  PKK terrorçularına qarşı əməliyyat keçirilib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat Aşağıköy rayonu ətrafında keçirilib.

Əməliyyat zamanı 2si qadın olmaqla 3 terrorçu zərərsizləşdirilib.

Ərazidə əməliyyatın davam etdiyi bildirilir.