Türkiyədə ərdə olan müğənnimiz: “Nigahımız kağız üzərindədir, sevgi bitib” – Fotolar

Türk vətəndaşı ilə ailə qurub, uzun illər Türkiyədə yaşayan, 7 ildir ki, Azərbaycana dönən müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb.

Müğənni həyat yoldaşından ayrılıb, Azərbaycana gəlməsinin səbəbini uzun illərdən sonra ilk dəfə olaraq Yenicag.az-a açıqlayıb:

“7 ildir ki, Azərbaycana gəlmişəm, burda fəaliyyət göstərirəm. Azərbaycana gəlməyimin səbəbkarı həyat yoldaşım olub. Ərimin Türkiyədə biznesi vardı, iflasa uğradı, hər şey əlimizdən çıxdı. Bunun da günahkarı özü oldu. Dəfələrlə ona dedim ki, ortaqlarından ayrıl, biznesin təhlükədədir. O, məni dinləmədi, avtomobilləri, evləri əlindən çıxdı. Çox çətin günlər yaşadıq, onun bu hərəkəti məni qəzəbləndirdi, küsdüm və yığışıb Azərbaycana gəldim. Oğlum o zaman orta məktəbdə oxuduğu üçün atası ilə qaldı. İndi də Universitetdə təhsil aldığı üçün yanıma yalnız qonaq kimi gəlib-gedir”.

Müğənni bu illər ərzində həyat yoldaşı ilə nikahlı olduğunu da gizlətməyib:

“Bu illər ərzində yoldaşımla danışıram, yazışıram, ordakı evimizə gedib-gəlirəm. Rəsmi nikahımız var, boşanmamışıq, amma arada sevgi qurtarıb. Ola bilər ki, onun həyatında müvəqqəti qadınlar olub, amma hələ də məni sevir. Aramızda xəyanət olmayıb. Bu illər ərzində çox istədim ki, ikinci dəfə ailə həyatı qurum, amma alınmadı. Həyat yoldaşımın ağıllı, diqqətli və gözəl insan olması məni bu addımı atmaqdan çəkindirdi. Əlbəttə gözəl qadınam, kiminsə sevgilisi də ola bilərdim. Bəlkə də şou-biznesdə yeganə xanım sənətçiyəm ki, sponsorum yoxdur. Hansısa pullu kişinin məşuqəsi olsaydım, indi villam, avtomobilim, hər şeyim vardı”.

Cəvahir
Yenicag.az

COP29