Türkiyədə fabrikdə dəhşətli yanğın

Türkiyənin Dənizli vilayətində bərk tullantıların utilizasiyası müəssisəsində yanğın baş verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Pamukkale rayonunda baş verib.

Zavodun anbarında yanğın zamanı partlayışlar baş verib.

Hadisə yerinə 42 yanğınsöndürən maşını və 87 işçi cəlb olunub.

Üç saatlıq işdən sonra yanğın nəzarət altına alınıb.