Türkiyədə FETÖ-çü hərbçilər həbs olundu – VİDEO

Türkiyədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı 8 bölgədə əməliyyat keçirilib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Prokurorluğu 5-i aktiv vəzifədə olan 27 hərbçini nəzarətə götürdüyünü açıqlayıb.

Baş prokurorun verdiyi məlumatda, mütəmadi olaraq terrorçu təşkilatla təmasda olan 3 polkovnik, 1 polkovnik-leytenant, 8 mayor, 12 kapitan, 1 baş leytenant və 2 gizir olmaq üzrə 27 şübhəli haqqında həbs qərarı verilib.