Türkiyənin 11 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.
Paylaşımda FETÖ terror təşkilatına qarşı 11 vilayətdə keçirilən “Kıskaç-25” əməliyyatlarında 20 şübhəlinin ələ keçirildiyi bildirilib./unikal