Türkiyədə fırtına dağıntıya səbəb oldu – Ölənlər var / VİDEO

Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub, ölənlər və yaralananlar var.

Yenicag.az-ın xəbərinə görə, İstanbulun Esenyurt rayonunda güclü külək binanın damının uçmasına səbəb olub, iki nəfər həyatını itirib.

İstanbulun bəzi ərazilərində küləyin sürəti saniyədə 130 kilometrə yüksəlib, dağıntılar səbəbindən indiyədək 9 nəfər yaralanıb.

İstanbulun Çatalca rayonunda güclü külək saat qülləsini aşırıb.