!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay uzadıla bilər

!Reklam – Yazi

turkiyeTürkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıla bilər.

Trend “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım AKP-nın Qrup Toplantısında deyib.

Onun sözlərinə görə, 2017-ci il Türkiyənin terrorla mübarizədə mütləq hakimiyyəti saxlayacağı il olacaq. Baş nazir bildirib ki, bu həftə parlament fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması ilə bağlı məsələni müzakirə edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan daha üç ay uzadılıb.

 

Yenicag.az

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv