Türkiyədə gecə klubunda atışma: ölənlər var

Türkiyənin Bodrum şəhərindəki “Medusa” gecə klubunda atışma baş verib.

Yenicag.az xəbər verir ki, insident nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Məlumata görə, dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb.

Hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.

İnsidentin səbəbləri araşdırılır.