Türkiyənin Samsun vilayəti sahillərində yük gəmisi batıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, gəminin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır.
Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
Son məlumatlara əsasən 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb.
Batan gəmidə 20 nəfərin olduğu deyilir.