Türkiyədə gəmi limanında yanğın baş verdi 

Türkiyənin İstanbul şəhərindəki Ambarlı limanında yanğın baş verib.

Yenicag.az TRT Haber-ə istinadən xəbər verir ki, səhər erkən saatlarda limanda lövbər salmış gəmilərin birində səbəbi bilinməyən yanğın baş verib.

Yanğın qısa müddət ərzində böyük ərazini əhatə edib.

Hadisə yerinə cəlb edilmiş çoxsaylı yanğınsöndürən maşın və yanğından mühafizə dəstələri yanğına müdaxilə edərək geniş ərazilərə yayılmasının qarşısını alıblar.

Yanğının səbəbləri araşdırılır.