Türkiyədə güclü qar – 300-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsildi

Türkiyədə yağan güclü qar Yozqat, Kayseri və Sivas vilayətlərində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olub.

Yenicag.az-ın məlumatına görə, həmin yaşayış məntəqələrində dərslər də dayandırılıb.

Bəzi bölgələrdə qar örtüyünün bir metrədək çatdığı deyilir.

Hazırda yaşayış məntəqələri ilə əlaqənin bərpa olunması üçün işlər aparılır.