Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü zəlzələ baş verib.

Yenicag.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, maqnitudası 5,0 bal gücündə yeraltı təkanların episentri əhalisi təxminən 592 min nəfər olan Kayseri şəhərindən 52 kilometr şimal-şərqdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.