Türkiyədə güclü zəlzələ baş verdi

Aralıq dənizinin Antalya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerli saatla 08:32-də, dəniz səthinin 36,10 kilometr dərinliyində qeydə alınıb.

Məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb.