Türkiyədə güclü zəlzələ baş verib – FOTO

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, Battalgazi rayonunda qeydə alınan təkanların ocağı 13,93 kilometr dərinlikdə yerləşib.

Yerli sakinlərin sözlərinə görə, zəlzələ Kahramanmaraş və Şanlıurfada da hiss olunub.

Avropa Seysmologiya Mərkəzi zəlzələnin 5,5 bal gücündə olduğunu bildirib.

 

Mənbə: CNN

COP29