Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Malatyanın Battalqazi rayonunda yerli saatla 17:46-da qeydə alınıb.

Zəlzələ 6,99 kilometr dərinlikdə baş verib.