Türkiyənin Tokat şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, zəlzələ şəhərin Sulusaray rayonunda qeydə alınıb.
Yerin 5,99 kilometr dərinliyində baş verən zəlzələ ətraf ərazilərdə də hiss edilib.
Dağıntı barədə məlumat yoxdur.