Türkiyənin cənub-şərqindəki Malatya vilayətində zəlzələ olub
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ Rixter cədvəli ilə 5,2 bal gücündə olub.
Yeraltı təkanlar şəhərin Pütürge rayonunda 7 km dərinlikdə meydana gəlib.
Hər hansı bir fəsad və ya itki qeydə alınmasa da, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.