Türkiyədə güclü zəlzələ – Xəsarət alanların sayı ARTDI – VİDEO / YENİLƏNDİ

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.

***

10:16

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

09:15

Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Düzce rayonunda yerli vaxtla saat 04:09-dan qeydə alınıb.

Baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət aldığı bildirilib.

Dağıntılar var.