Türkiyə ordusu yenidən şəhid verib.
Bitlis əyalətinin Hizan qəsəbəsində terrorçular tərəfindən yola döşənmiş mina hərbi avtomobilin keçidi zamanı partladılıb.
Hadisə nəticəsində 3 əsgər şəhid olub, 6-sı yaralanıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçu PKK silahlılarının tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.
Qeyd edək ki, bu gün ərzində Türkiyədə törədilən 3-cü terror hadisəsidir.