Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılmış generallardan biri sərbəst buraxılıb.
İyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılan, Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general İsmayıl Gürgən azadlıqdadır.
Polis tərəfindən məhkəmə önünə çıxarılan İ. Gürgən azadlığa buraxılıb. O, istintaq dövründə azadlıqda qalacaq.(APA)