Türkiyədə helikopter xəstəxana binasına çırpıldı: Ölənlər var – YENİLƏNDİ

Məlumata görə, hadisə nəticəsində dörd nəfər ölüb.

***11:51

Türkiyədə təcili yardım helikopteri xəstəxana binasına çırpılıb.

Yenicag.az xəbər verir ki, hadisə Muğla şəhərində qeydə alınıb.

Binaya çırpılan helikopter qəzadan sonra yerə düşüb.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.