Türkiyədə hərbçiləri ildırım vurdu – 7- si xəsarət aldı

Türkiyənin İzmir vilayətində hərbçiləri ildırım vurub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 7 hərbçi xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında ildırım vurması nəticəsində 5 hərbçi həlak olmuşdu.