Türkiyədə hərbçiləri ildırım vurdu – Xəsarət alanlar var

Türkiyənin Ərzincan vilayətində hərbçiləri ildırım vurub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində iki hərbçi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, sentyabrın əvvəlində İzmirdə hərbçiləri ildırım vurması nəticəsində 7 nəfər xəsarət almışdı.