Türkiyədə hərbçilərin kütləvi həbsi davam edir

40 herbci gozaltindaTürkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanılmış təmizləmə əməliyyatının miqyası getdikdə böyüyür.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hərbi Akademiyalar Komandanlığında keçirilən əməliyyatda 40 şübhəli hərbçi saxlanılıb.

Saxlanılanların arasında yüksək rütbəli hərbçilər də var.

Həmin şəxslərin evlərində aparılan axtarış zamanı çox sayda kompüter, rəqəmsal proqram və sənəd götürülüb.