Türkiyədə hərbi avtomobil aşdı: 3 hərbçi yaralandı

Türkiyədə Hakkari-Van avtomobil yolunun 15-ci km-liyində hərbi avtomobilin aşması nəticəsində 3 hərbçi yaralanıb.

Yenicag.az xəbər verir ki, hadisə Hakkari-Van avtomobil yolunun 15-ci km-liyində Aslankaya tuneli yaxınlığında baş verib.

Məlumata görə, hərbçiləri daşıyan avtomobilin sürücüsü yağışdan sonra sürüşkən yolda idarəetməni itirib. Nəticədə avtomobil aşıb.