Türkiyədə hərbi hissə raket atəşinə tutuldu – Yaralılar var/YENİLƏNİB

***

13:21

Suriyanın şimalındakı Azez rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissə raket atəşinə tutulub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 5 hərbçi yaralanıb. Yaralılar Kilis şəhərindəki dövlət xəstəxanasına yerləəşdirilib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

***

Həkimlərin bütün səylərinə baxmayaraq, yaralı əsgərlər Yunus Mərmər və Əbdülhəmid Bilgənin həyatını xilas etmək mümkün olmayıb.