Türkiyədə hərbi hissədə partlayış baş verdi: Yaralananlar var

Türkiyənin Şırnak ərazisində Jandarm Komando Briqada Komandanlığında yanğın baş verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb DM-16 işıqlandırma sursatının alışması və partlaması olub.

Yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, itki yoxdur.