Türkiyədə hərbi konvoy minaya düşdü: yaralılar var – FOTOLAR

Türkiyənin Hakkari vilayətində hərbçilər minaya düşüb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hərbi konvoy hərəkət zamanı yola döşənmiş minaya düşüb. PKK terrorçuları tərəfindən quraşdırılmış qurğunun partlaması nəticəsində 4 əsgər xəsarət alıb.

Onlar Hakkari dövlət xəstəxanasına yerləşdiriliblər.