Türkiyədə hərbi xidmət müddəti azaldılır

Yaxın günlərdə Türkiyə parlamentində yeni hərbi xidmət sistemi ilə bağlı qanun layihəsi müzakirə ediləcək.

Yenicag.az xəbər verir ki, qanun layihəsində həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi təklif olunur.

Altı aydan artıq xidmət etmək istəyən əsgərlərə isə maaş ödəniləcək.

Qeyd olunur ki, ödənişli hərbi xidmətin məbləğinin müəyyənləşdirilməsi məsələsi ölkə prezidentinin səlahiyyətində olacaq./Oxu.az/