Türkiyədə Heydər Əliyevin anım günü keçiriləcək

Türkiyənin paytaxtı Ankara şəhərində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tədbirlər təşkil edəcək.

Bu barədə Yenicag.az-a parlamentdən məlumat verilib.

Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyənin Ankara şəhərinə səfər edəcək.

Səfər dekabrın 14-də başa çatacaq.