Türkiyədə hotel yanır – 10 yaralı – FOTO

Türkiyənin paytaxtı Ankarada hotellərdən birində yanğın hadisəsi baş verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 2-sinin uşaq olduğu bildirilir.

Xəsarət alanların hamısının Türkiyə vətəndaşı olduğu qeyd edilir.

Bildirilir ki, yanğın zamanı hoteldə 28 nəfər olub.

Məlumata görə, yanğın hotelin sauna yerləşən 1-ci mərtəbəsində başlayıb və sonra yuxarı mərtəbələrə doğru yayılıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma başlayıb.