Türkiyədə iki vilayətin adı dəyişdirilir

cf5c9853-3132-42b2-8d7a-9c8f593d4bf8_292Türkiyədə iki vilayətin adı dəyişdirilir və inzibati ərazi vahidi olmaqdan çıxarılır.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentinə qanun layihəsi təqdim olunub.

Sənədə əsasən, Hakkari və Şırnak bundan sonra vilayət olmayacaq, Cizre və Yüksekova isə vilayət ediləcək. Hakkarinin adının Çölemerik, Şırnakın adının isə Nuh kimi dəyişdiriləcəyi məlum olub. Hər iki şəhər rayona çevriləcək.
Qeyd edək ki, Hakkarinin əvvəllər adı kürd dilində Colemêrgdən gelen Çölemerik, Şırnakın qədim adı da Nuhun şəhəri mənasını verən Şehr-i Nuh olub.