!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə "İlin Qızıl Adamları" müəyyən ediləcək - Laueratlar arasında Aqil Ələsgər də var  

!Reklam – Yazi

Beynəlxalq Türksoyla İpəkyolu jurnalının təşkilatçılığı ilə “İlin Qızıl Adamları Mükafatlandırma Mərasimi” bu il 5 aprel tarixində İstanbulda “Wow Hotel”də keçiriləcək.

Yenicag.az xəbər verir ki, mükafatlandırma mərasiminə 10 ölkədən seçilmiş qonaqlar dəvət olunublar.

Biznes, siyasət, elm, media, idarəetmə, mədəniyyət və sənət aləmindən tanınmış şəxslərin qatılacağı mərasimdə mükafatlar sahiblərinə təqdim olunacaq.

Bu il 14-cüsü təşkil olunacaq “İlin Qızıl Adamları Mükafatlandırma Mərasimi”ndə Türkiyə-Azərbaycan İş adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfırat, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Star” qəzetinin köşə yazarı və şərhçisi Sevil Nuriyeva da təltif olunacaqlar.

Laueratların siyahısını təqdim edirik:

1. Səlim Uslu – TBMM üzvü
2. Zekai Kafaoğlu – Balıkesir bələdiyyə sədri
3. Dr. Eldar Həsənov – Azərbaycanın Serbiya, Bosna-Hersoqavina və Çernoqoriya səfiri
4. Şahin Nassibov – Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Komitəsinin sədr müavini
5. Ziyaddin Kassanov İsmihanoğlu – Dünya Axıska Türkləri Birliyinin sədri
6. Tamer Atalay – Ruminiya -Türkiyə ticarət və sənaye palatasının sədri
7. Hüseyin Büyükfırat – TÜİB rəhbəri
8. Turqut Torunoğulları – Dünya Türk İş Şurasının Avropa regionu komitəsi sədri
9. Ümit Kalko – “Məktəbim” təhsil ocaqları idarə heyətinin rəhbəri
10. Əsəd Kabaklı – türk xanəndə
11. Gülnarə Xəlilova – Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri
12. Sevil Nuriyeva – “Star” qəzetinin köşə yazarı və şərhçisi
13. Aqil Ələsgər – Yeni Çağ Media Qrupunun rəhbəri
14. Mehmet Koçak – “Akit” qəzetinin köşə yazarı
15. Erkan Koçali – AKROS inşaat şirkətinin icra heyətinin rəhbəri
16. Hakan Kılıç – Kök Media sədri
17. Lətafət Ələkbərova – aparıcı
18. Kamal Sallı – “Öncə Vətən” qəzetinin xəbərlər şöbəsinin müdiri
19. İsmət Əkər – 15 İyulun ən gənc qazisi, milli güləşçi

www.yenicag.az

2123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv