!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə ilk dəfə Rəqəmsal Media Forumu keçirildi - YENİLƏNDİ

!Reklam – Yazi

***

Türkiyədə ilk dəfə Rəqəmsal Media Forumu keçirilir.

Yenicag.az xəbər verir ki, Forum “Anadolu” Yayımçılar Dərnəyinin təşkilaçılığı, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin dəstəyi ilə keçirilir.

Forumun açılışında Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyənin Radio və Televiziya Ali Şurası Sədri (RTÜK) Əbubəkr Şahin çıxış ediblər.

Fəxrəddin Altun çıxışında həqiqi jurnalistika ilə qeyri-peşəkar jurnalistikanın bir-birindən fərqləndirilməli olduğunu vurğulayıb:

“Dünyada və Türkiyədə informasiyanın sürətli şəkildə fiziki məkandan rəqəmsal məkana keçidi baş verir. Bu fəaliyyətləri təşkil edən qaydaların yenidən dəyərləndirilməli olduğunu düşünürük. İnternetin artıq əsas medianın bir hissəsinə çevrildiyi bir zamanda bu reallığa göz yuma bilmərik. Əlbəttə, burada həssas balans məsələsini də qeyd etməliyik. Öz imkanları ilə sadə internet saytı quran, buradan yayım həyata keçirən şəxslərlə profesional jurnalistləri bir-birindən ayırmaq lazımdır. Bu ayırıcılıq jurnalistika peşəsinin dünyəvi standartlarını və jurnalistləri qorumaq üçün lazımdır. Biz də birlikdə internet jurnalistikasının peşə standartlarını ortaya qoymalı, bu sahəni rasional və şəffaf bir şəkildə təşkil etməliyik. Bu addımların atılması qarşı-qarşıya olduğumuz bəzi təhdidlərin aradan qaldırılmasına da böyük töhfə verəcək”.

Qeyd edək ki, Forumda rəqəmsal dünya, müasir texnologiyalar və milli media mövzuları müzakirə edilir.

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv