!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə inflyasiya açıqlandı

!Reklam – Yazi

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 83,45% artıb.

Yenicag.az xəbər verir ki, sentyabrda qiymətlər avqust ayı ilə müqayisədə 3,08 faiz artıb.

İllik baza inflyasiya sentyabr ayında 68,09% təşkil edib.

İstehsalçı qiymətləri indeksi sentyabr ayında ötən ilin eyni dövrünə nisbətən 151,50% artımla yüksəlişini davam etdirib. Aylıq istehsalçı inflyasiyası 4,78 faiz təşkil edib.

Sentyabr ayında istehlak qiymətləri indeksinə daxil olan 144 əsas məhsul qrupundan 18 qrup məhsulda azalma olduğu halda, 2 əsas qrupda dəyişiklik baş verməyib, 124 əsas qrupda qiymət artımı olub.

Türkiyədə inflyasiya ardıcıl 16 aydır yüksəlir.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv