Türkiyədə inflyasiya artmaqda davam edir.
Yenicag.info-nun xəbərinə görə, bununla bağlı rəqəmlər Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanıb.
Statistikaya görə, qiymətlər mayda ötən aya nisbətən 2,98%, son 1 ildə isə 73,50% artıb. İstehsalçı qiymətləri indeksi də aylıq 8,76, illik isə 132,16 faiz artıb.