Türkiyədə “Instagram” sosial şəbəkəsinə giriş bərpa edilib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Onun sözlərinə görə, “Instagram” və ona sahib olan ABŞ-nin “Meta” şirkəti Ankaranın şərtlərini qəbul edib. Məhz bundan sonra Türkiyə tərəfi ölkə ərazisindən sosial şəbəkəyə giriş məhdudiyyətini aradan qaldırıb.