Türkiyədə İran casusları yaxalandılar – VİDEO

Türkiyədə 4 iranlı casus saxlanılıb.

Yenicag.az “Oda Tv”yə istinadən xəbər verir ki, İstanbul polisinin insan qaçaqçılığı ilə bağlı keçirdiyi əməliyyatda saxlanılan şəxslərdən 4-nün casus olduğu çıxıb.

Bildirilir ki, 2-si qadın olan həmin 4 nəfərin qaldıqları otaqda çoxlu Türkiyə pasportu və dinləmə cihazları tapılıb.

Araşdırmalar davam etdirilir.