Türkiyədə İran kəşfiyyatına qarşı ƏMƏLİYYAT – 11 nəfər saxlanıldı / FOTOLAR

Milli İstihbarat Təşkilatının (MİT) Türkiyədə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyatına çalışan narkotik taciri Zindaşti ilə əlaqəli 11 nəfər saxlanılıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın rejim əleyhdarı kimi tanınan Həbib Çaabın İstanbuldan qaçırılmasından sonra əməliyyatlar başlayıb.

Məlumata görə, keçmiş həyat yoldaşı Çaabı görmək və 100 min avro borc vermək vədi ilə İsveçdən İstanbula dəvət edib. O, İstanbulda keçmiş arvadının olduğunu düşündüyü mikroavtobusa minib. Daha sonra Habib Çaab Zindaştinin adamları tərəfindən Vana, ordan isə alternativ yollarla İrana qaçırılıb.

Türkiyə hüquq-mühafizə orqanları hesab edir ki, İran kəşfiyyatı üçün çalışan Naci Şerifi Zindaşti narkotik ticarəti ilə məşğul olan qaranlıq bir şəxsdir. İranda edam cəzasına məhkum olunandan sonra Türkiyəyə qaçıb. 2007-ci ildə Türkiyədə qətl ittihamı ilə mühakimə olunub. FETÖ üzvü Zekeriya Öz tərəfindən gizli şahid kimi də istifadə olunub.

 

Növbəti illərdə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ticarəti, silahlı bir cinayət dəstəsi qurma, adam qaçırma və qətl cinayətlərinə dair ittihamlarla Zindaştiyə cinayət işi açılıb. Lakim Zindaştini tapmaq mümkün olmayıb. Türkiyə kəşfiyyatı narkotik tacirinin İranda olduğunu müəyyən edə bilib.

Habib Çaab isə İranda ərəb azlığının müstəqilliyini dəstəkləyənlərdən biri olub. 14 il Avropada yaşayıb və Ərəb Mübarizə Hərəkatının İsveç şöbəsinə rəhbərlik edib.