Türkiyədə iş və dərs saatlarının cümə namazına uyğun təşkil olunması təklif edildi

Türkiyənin Diyanət İşləri İdarəsinin təklifi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən qurum bugünkü cümə namazının xütbəsində iş və dərs saatlarının cümə namazı saatına uyğun şəkildə təşkil edilməsi yönündə çağırış edib.

Xütbədə: “Unutmayaq ki, ibadət azadlığı və insan haqlarına riayət edilməsi bunu vacib qılır. BU xüsusda həssas davranmayanlar böyük günah edirlər”, – ifadələrinə yer verilib.