Türkiyədə İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib.
Yenicag.az “Haberturk”ə istinadən xəbər verir ki, Diyarbəkir Respublika Prokurorluğunda başladılan cinayət işi çərçivəsində 23 vilayətdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 74 şübhəli şəxs saxlanılıb.
Hazırda saxlanılan şəxslər ətrafında istintaq hərəkətləri aparılır.