Türkiyə polisi 13 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Gürz-1” əməliyyatı keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, Ankara, Adana, Antalya, Çorum, Elazığ, Gaziantep, Hatay və İstanbulda keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli saxlanılıb. Əməliyyat nəticəsində böyük həcmdə milli və xarici valyuta, eləcə də rəqəmsal vasitələr ələ keçirilib.