Türkiyədə İŞİD əməliyyatı – 200-dən çox insan saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror qruplaşmasına qarşı GÜRZ-23 əməliyyatı keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Yerlikaya terror təşkilatı İŞİD-ə qarşı 45 vilayətdə həyata keçirilən əməliyyatlarda 216 şübhəlinin ələ keçirildiyini açıqlayıb. Saxlanılan şəxslərin əvvəllər təşkilat daxilində məsul fəaliyyətlər həyata keçirdikləri müəyyən edilib. Onlar barəsində istintaq başladılıb.

COP29