Türkiyədə İŞİD əməliyyatı – Azərbaycanlılar həbs edildi

ishidbdndTürkiyə polisi sərhəddən qanunsuz olaraq Suriyaya keçərək İŞİD terror təşkilatının sıralarına qoşulmaq istəyən 10 nəfəri həbs edib.

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, həbs edilənlərin 9-u xarici ölkə vətəndaşıdır.

Qanunsuz olaraq sərhəddi keçmək istəyənlərin arasında Azərbaycan, İran, Tacikistan və Qırğızıstan vətəndaşları da var.

Bundan başqa Qaziantep şəhərində keçirilən antiterror əməliyyatlarında İŞİD-ə məxsus silah anbarı aşkar edilib.

Şəhərdə yerləşən evlərə baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, Kalaşnikov silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.