Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD-in sözdə “informasiya naziri” olan Ömər Yeteki saxlayıb.
Yenicag.az xəbər verir ki, əməliyyat zamanı onların yeni terror aktı törətməyə hazırlaşdıqları məlum olub.
O, İŞİD-in mətbuat orqanlarını nəzəratdə saxlamaqla yanaşı, Türkiyədə gerçəkləşdirilən bir neçə terror aktına nəzarət edib.
Ömer Yetek məhkəmə qarşısına çıxarılaraq həbsxanaya göndərilib.