Türkiyənin 9 vilayətdə İŞİD terror təşkilatına qarşı eyni vaxtda həyata keçirilən “Qəhrəmanlar-46” əməliyyatlarında 28 şübhəli saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında açıqlama verib.
Onun sözlərinə görə, “Qəhrəmanlar-46” əməliyyatları çərçivəsində; İstanbulda 7, Ankara və Sakaryada 3, Qaziantep və Dənizlidə 2, Adanada 4, Düzce və Yalovada hər birində bir, Bursada isə 8 şübhəli tutulub.