Türkiyədə İstanbul Universitetinin 87 əməkdaşı həbs edilib

2200300_20161028171141Türkiyə Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olmaqda şübhəli bilinən İstanbul Universitetinin 87 əməkdaşının həbsi üçün order çıxarıb.

Bu barədə Yenicag.az Report-a istinadən xəbər verir.

“Reuters” agentliyinin məlumatına görə, polis ölkənin 12 vilayətində reydlər keçirib.

Şübhəlilər arasında universitetin professoru, eləcə də kiçik siyasi partiyanın sədri var.

Yenicag.az