!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə istefada olan admirallara ittiham irəli sürüldü – “Montre işi”

!Reklam – Yazi

Ankara Baş Prokurorluğu Montre konvensiyasını dəstəkləyən 103 admiral və başqa rütbəli hərbçilərlə bağlı açılmış cinayət işi ilə bağlı təhqiqatı yekunlaşdırıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Baş Prokurorluğun hazırladığı ittihamnamə Ankara 20-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

Prokurorluq 103 şübhəlinin “Dövlətin təhlükəsizliyinə və ya Konstitusiya quruluşuna qarşı cinayət törətmək üçün əlbir olma” maddəsi ilə cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, ittiham olunan şəxslər bu ilin aprelində Türkiyə hakimiyyətinin Montre konvensiyasına yenidən baxılmasına dair mövqeyinə qarşı çıxmışdılar.

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv