Türkiyədə iyul ayında inflyasiyanın geriləyəcəyi təxmin edilir

Türkiyənin İqtisadi Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, prezidentin köməkçisi Cövdət Yılmazın sədrliyi ilə keçirilən toplantıda ölkənin mövcud iqtisadi durumu müzakirə edilib.

Şuranın toplantısından sonra yayılan açıqlamada bildirilib ki, görülən tədbirlər nəticəsində cari hesab kəsiri önəmli səviyyədə azalıb.

Toplantıda iyun ayından sonra inflyasiyanın nəzərəçarpacaq dərəcədə geriləməsinin ön görüldüyü vurğulanıb.