Türkiyədə kafe və restoranların iş qrafiki dəyişdirildi

Türkiyədə kafe və restoranların iş qrafikinə dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, obyektlərə artan tələbatı nəzərə alaraq iş saatı 00.00-a qədər uzadılıb.

Qərara görə pandemiya ilə mübarizə əsas götürələrək, sosial məsafə, maskadan istifadə, gigiyenik qaydalara əməl olunmalıdır.

Qeyd edək ki, ilk qərarda kafe və restoranların 22.00-a qədər işləməsi nəzərdə tutulmuşdu.

COP29